Ölkə

Komitədən paytaxtda zorakılığa məruz qalan qızla bağlı AÇIQLAMA

25 Fevral 2022 17:12
0 Şərh     Baxış: 1 053
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dövlət Komitəsi paytaxtın Suraxanı rayonu ərazisində azyaşlının zorakılığa məruz qalmasına dair yayılan məlumatlara münasibət bildirib. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Milli.Az-a bildirib ki, Komitə əməkdaşları tərəfindən kütləvi informasiya vasitələrində yayılan hadisə araşdırılıb:

"Əməkdaşlarımız Suraxanı rayon Hövsan qəsəbəsi ərazisində azyaşlı qızın iki nəfər tərəfindən zorakılığa məruz qalması ilə əlaqədar daxil olmuş məlumat əsasında ailənin evinə gedib. Səfər zamanı azyaşlı ilə söhbət aparılıb. Onun ilkin psixoloji vəziyyəti qiymətləndirilib. Hazırda azyaşlının təhsil və psixoloji reabilitasiyaya cəlb olunması istiqamətində işlər davam etdirilir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.