Ölkə

Müdafiə Nazirliyinin idarə rəisi həbs edildi

21 Fevral 2022 12:33
0 Şərh     Baxış: 3 193
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müdafiə Nazirliyinin daha bir yüksək vəzifəli şəxsi həbs edilib.

Milli.Az bildirir ki, Hərbi Prokurorluqdakı mənbənin "Qafqazinfo"ya verdiyi məlumata görə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi, polkovnik Qurbanov Məlikməmməd Oruc oğlu saxlanılıb. O, Hərbi Prokuorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

Polkovnik M.Qurbanov dövlətə 3,5 milyon manat maddi ziyan vurmaqda ittiham edilir.

Hazırda istintaq tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimat verilib. Yaxın saatlarda məhkəmə bununla bağlı qərar verəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.