Ölkə

“İnfiniti”dəki hadisəyə görə işdən çıxarılan rəisə yeni vəzifə verildi

21 Fevral 2022 10:12
0 Şərh     Baxış: 2 763
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən il avqust ayında məşhur "İnfiniti" və "Extra" gecə klublarında karantin qaydalarının pozulmasına görə işdən çıxarılan Nərimanov RPİ-nin rəisi vəzifəni icra edən polis polkovnik-leytenantı Farid Vəliyevə yeni vəzifə verilib.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Farid Valiyev Şirvan şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi təyin edilib. O, artıq vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, karantində gecə klublarından çəkilən və sosial şəbəkələrdə yayılan videogörüntülərdən sonra DİN obyektlərdə əməliyyat keçirmişdi. Bu zaman müştərilərə qəlyan verildiyi, klubun gecə saat 12-dən sonra da işlədiyi məlum olub. Buna görə "İnfiniti" gecə klubunun rəhbərliyi - Samiq Babayev, Jamal Nasser, "Extra" gecə klubunun rəhbərliyi Dilsuz Dəmirçiyev, Əmrah Yusifov həbs ediliblər.

Həmin hadisəyə görə Nərimanov RPİ 17-ci polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı İltimas Yusifli də vəzifəsindən azad edilmişdi. Məlumata görə, həmin vəzifəli polislər gecə klublarında karantin rejiminin pozulması hallarına göz yumduqları üçün işdən çıxarılıblar.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.