Ölkə

TƏBİB-ə yeni mətbuat katibi təyin edilib

16 Fevral 2022 14:39
0 Şərh     Baxış: 1 159
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinə müdir təyin olunub.

Milli.Az xəbər verir ki, bununla bağlı TƏBİB-in sədri vəzifəsini icra edən Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifə Zamirə Ədilovaya həvalə olunub.

O, 14 fevral tarixindən etibarən vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Z.Ədilova 2008-2019-cu illərdə indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində redaktor, ictimaiyyətlə əlaqələr (PR) üzrə menecer işləyib. 2019-2021-ci illərdə SOCAR-ın Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.