Ölkə

Pensiyaçılara 200 manat maddi yardım BU TARİXDƏ veriləcək

8 Fevral 2022 14:07
6 Şərh     Baxış: 13 722
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

200 manat yardım hər rüb üzrə 50 manat olmaqla rübün ilk ayının pensiyaları ilə birgə ödəniləcək.

Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov deyib.

O qeyd edib ki, sığorta prinsipi ilə pensiya alanlara veriləcək 200 manatlıq maddi yardımın ilkin ödənişi fevral ayının pensiyaları ilə birgə həyata keçiriləcək.

"İlkin ödəniş bu həftə ərzində müəyyən olunan qrafik əsasında yeni artımlarla birgə ödəniləcək. Növbəti rübün ödənişləri isə hər rübün ilk ayında veriləcək", - deyə o əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə pensiyalar artırılıb və əlavə olaraq pensiyaçılara 2022-ci il üzrə 200 manat məbləğində maddi yardım ayrılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.