Ölkə

Goranboyda bacı və qardaş bıçaqlanaraq öldürülüb

6 Fevral 2022 18:19
0 Şərh     Baxış: 1 311
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Goranboyda qətl hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, hadisə torpaq mübahisəsi ilə bağlı baş verib və 2 nəfər bıçaqlanaraq öldürülüb.

Ölənlərin bacı və qardaş olduğu bildirilir.

Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.

Hadisədə ölənlərin adları məlum olub.

Bıçaqlanaraq öldürülənlər Goranboy şəhər Qarasüleymanlı kənd sakinləri 1960-cı il təvəllüdlü Namazova Səlmi Rəcəb qızı və qardaşı 1970-ci il təvəllüdlü Namazov Pərviz Rəcəb oğludur.

Hadisəni törədən isə mərhumları həmkəndliləri 1965-ci il təvəllüdlü Haqverdiyev İlham Şahverdi oğludur.

İ. Haqverdiyev hər iki şəxsi soyuq silahla qətlə yetirib. Hadisənin torpaq sahəsi üstündə baş verdiyi deyilir.

O, polis tərəfindən saxlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.