Ölkə

Daha bir məktəbdə biabırçı video: Sinifi dağıdır, müəllimi qovurlar - VİDEO

28 Yanvar 2022 09:58
16 Şərh     Baxış: 9 547
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda məktəblərin birindən çəkilən görüntülər yenidən gündəm yaradıb.

Milli.Az Azxeber.com-a istinadən xəbər verir ki, doqquzuncu sinif şagirdləri dərs zamanı sinifin əşyalarını dağıdır, onları yararsız vəziyyətə salırlar. Müəllim olub-olmadığı dəqiq bəlli olmayan bir qadını isə sinifdən qovurlar.

Sözügedən görüntülər qısa zamanda böyük səs-küyə səbəb olub. 

Qeyd edək ki, ötən gün Bakının Xətai rayonunda yerləşən 165 nömrəli tam orta məktəbində bənzər görüntülər ortaya çıxmışdı. Videoda orta məktəb şagirdləri sinifdə divara asılan tanınmış şəxsiyyətlərin tablolarını gəzdirir, partaları dağıdır və başqa bu kimi ədəbsiz hərəkətlər edirdilər. Baş verən bütün bu hadisələr isə sinifdə müəllimin olduğu müddətdə baş veribmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.