Ölkə

Kürdəmir sakinindən heroin və tiryək götürülüb

27 Yanvar 2022 20:00
0 Şərh     Baxış: 775
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kürdəmir rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Milli.Az-a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Rəşad Cəfərov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı sellofan və kağız bükümlərdə psixotrop maddə olan metamfetamin, heroin və tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.