Ölkə

Azərbaycanda yas mərasimində polis rəisinə xəsarət yetirilib

21 Yanvar 2022 10:31
6 Şərh     Baxış: 3 187
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda polis rəisinə xəsarət yetirilib.

Bu barədə Milli.Az-a Bərdə Rayon Prokurorluğundan məlumat verilib.

Bildiirlib ki, yanvarın 19-u saat 13 radələrində Bərdə rayon polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi Əliyar Həziyevə rayonun Zümürxan kəndi ərazisində xəsarət yetirilərək zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Zümürxan kənd sakini, 1974-cü il təvəllüdlü Rəfail İsgəndərov qeyd edilən tarixdə yaşadığı evdə xüsusi karantin rejimi qaydalarına əməl etməyərək yas mərasimi təşkil etdiyi üçün barəsində inzibati tenbeh tədbiri tətbiq edən polis əməkdaşı Əliyar Həziyevin üz nahiyəsinə bir dəfə yumruqla vuraraq xidməti vəzifəsini yerinə yetirən şəxsə zor tətbiq etməklə müqavimət göstərib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Rəfail İsgəndərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.