Ölkə

Buraxılış imtahanları ilə bağlı vacib xəbər - Tədris ili başa çatmadan... VİDEO

18 Yanvar 2022 14:36
2 Şərh     Baxış: 969
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir neçə ildir ki, 9-cu və 11-ci siniflərin buraxılış imtahanları mart və aprel aylarında, yəni tədris ili yekunlaşmadan keçirilir. Tədris proqramı yekunlaşmadan imtahanların keçirilməsi isə şagirdlərdə narazılıqlar yaradır.  

Təhsil Texnoloqu Şəmil Sadiq deyir ki, buraxılış imtahanlarının tədris ili başa çatmadan keçirilməsi şagirdlərin hazırlıq prosesini yarımçıq qoyur. Eləcə də orta məktəblərin dərs proqramını pozur. 

Şəmil Sadiqin sözlərinə gör, buraxılış imtahanından sonra şagirdlərdə məktəbə və müəllimlərə münasibətdə soyuqluq yaranır. Nəticədə də təhsilalanlar imtahandan sonrakı mövzuları lazımi qədər mənimsəmirlər. Mütəxəssis buraxılış imtahanlarının keçiriləcəyi tarixin gec açıqlanmasını da düzgün hesab etmir. 

Məsələ ilə bağlı Dövlət İmtahan Mərzkəzindən "Xəbər Ertəsi"nə bildirildi ki, 1-ci yarımildə əsas bilik və bacarıqlar formalaşmış hesab olunur. Bu səbəbdən də 2-ci yarımilin istənilən tarixində buraxılış imtahanını keçirmək olar. Digər tərəfdən buraxılış imtahanlarında açıq tipli tapşırıqların sayı çoxdur və bunların yoxlanması da xeyli vaxt aparır. Qrafikin gec açıqlanmasına gəlincə isə, əvvəlki illərdə imtahan cədvəli sentyabrda təsdiqlənib yanvar-fevral aylarında elan edilirdi. Hazırda isə pandemiya ilə əlaqədar qrafiki öncədən elan etmək mümkün deyil. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.