Taksi sürücüləri nağdsız ödənişdən qaçır - Sərnişinləri narahat edən bu problem həll ediləcəkmi? - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bəzi sərnişinlər nağdsız qaydada ödəniş edərək taksi sifariş verdikləri zaman problemlərlə qarşılaşırlar. Sürücülər ödənişin kartla olduğunu bildikdən sonra sifarişdən imtina edirlər. Bu zaman isə müştərilər həm vaxt itirirlər, həm də sürücülərlə onlar arasında mübahisələr yaranır. Bəs belə taksi sürücülərinin sifarişdən imtina etmələrinə səbəb nədir?
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, nağdsız taksi sifarişində məqsəd ünvana daha tez çatmaqdır. Ancaq onlayn sifariş verib dəqiqələrlə taksi gözlədiyin bir vaxtda, məlum olur ki, taksi sürücüsü verdiyin sifarişdən imtina edib.
Belə hallarla qarşılaşanların sayı heç də az deyil.Onların sözlərinə görə, mobil telefonla onlayn sifariş verilən zaman sürücü ödənişin nağdsız olduğunu biləndə buna görə də həmin sifarişdən imtina edir.
Onlayn taksi xidmətindən istifadə edən vətəndaşlar bildirir ki, həmin sürücülər sifarişdən imtina etmələrinin səbəblərini məsafənin və qiymətin sərf etmədiyi ilə əlaqələndirirlər.
Bu işlə məşğul olan sürücülərin isə məsələyə fikirləri müxtəlifdir.
İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, bu cür problemlərin yaranmasına əsas səbəblərdən biri müəyyən şirkətlərə qoşularaq onlayn qaydada taksi fəaliyyəti göstərən sürücülərin əksəriyyətinin gündəlik olaraq nəğd pula ehtiyac duymasıdır. Digər bir məsələ isə müştərilər tərəfindən kartla ödənilən ödənişlərin şirkət tərəfindən sürücülərə ödənilməsində gecikmələrin olmasıdır.
Bir neçə taksi şirkətindən isə ''Xəzər Xəbər''ə bildirildi ki, problemlə qarşılaşan müştərilər sifariş zamanı həm şirkətlə birbaşa əlaqə saxlaya, həm də mobil tətbiqdə olan xanalarda şikayətlərini qeyd edə bilərlər.
"Şikayətlərin doğruluğu təsdiq olunduğu halda, sürücü ya cərimə olunacaq, ya da işdən uzaqlaşdırlacaq",- deyə qeyd edildi.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Röyanın illər əvvəl atası ilə təsirli dialoqu kövrəltdi - (Video)
-
“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” - (Video)
-
Bazar gününün havası açıqlandı
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
-
Aparıcı “palatka biznesi” ilə bağlı şok sirri açdı - (Video)
-
Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı
XƏBƏR LENTİ
-
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən...
-
Röyanın illər əvvəl atası ilə təsirli dialoqu kövrəltdi - (Video)
-
“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” - (Video)
-
Tramp onu hava limanında şəxsən qarşılayacaq
-
Bazar gününün havası açıqlandı
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
-
Aparıcı “palatka biznesi” ilə bağlı şok sirri açdı - (Video)
-
Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı
-
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - (Video)
-
Serxio Ramos: "Ardaya kifayət qədər şansı verilsə, onu keçə bilər"
-
Rusiyada ayılara görə komendant saatı tətbiq edildi
-
Hərbçimizlə erməni qadın arasında dialoq - (Video)
-
Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı
-
Elgizin görüntüsü viral oldu – (Video)
-
Tural İsmayılov yeni vəzifəyə təyin olundu
-
Elşad Namazov vəzifəsindən getdi
-
"Volkswagen" 200 mindən çox avtomobili geri çağırır – SƏBƏB
-
Həbsdə ölən keçmiş icra başçısının binası satışa çıxarıldı
-
"Qarabağ"ın 5 legioneri milli komandalarına çağırıldı
-
Tramp üçüncü prezidentlik dövründə əldə etdiyi 25 nailiyyət - Siyahı - (Foto)
-
Bakıda qadına 12 bıçaq zərbəsi vuruldu: 17 yaşlı oğlu tutuldu
-
Bu xanıma yüksək vəzifə verildi
-
On beş milyon azadlıq mərmisi
-
"Həmin oğlan uşaqlarının valideynini “öldürmək” istəyirəm" - (Video)





