Bakıda telefon və velosiped oğurluqları edən şəxslər tutulub - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Paytaxt ərazisində yerləşən mağazalardan birində işləyən şəxs Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə şikayət edərək obyektə müştəri kimi gələn bir nəfərin kassanın yanında ona məxsus 2 ədəd mobil telefonu oğurladığını bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, hadisə ilə bağlı dərhal araşdırmalara başlanılıb. Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ümüdbəy Babayev qısa zamanda saxlanılıb. Araşdırma zamanı onun paytaxtın Yasamal, Nərimanov və digər rayonlarında da eyni üsulla, yəni mağazalara müştəri kimi daxil olub satıcının başının qarışmasından istifadə edərək kassadan pul və mobil telefonlar oğurladığı müəyyən edilib. Ümüdbəy Babayevin bu üsulla paytaxt ərazisində 10-dan mağazadan oğurluq etdiyi məlum olub. Onun bəzi mağazalardan oğurluq etməsi müşahidə kameraları vasitəsi ilə də görüntülənib.
Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı binaların dəhlizlərində olan velosipedləri oğurlayan şəxs saxlanılıb. Tədbir nəticəsində əvvəllər məhkum olunmuş paytaxt sakini Kənan Məmmədov tutulub. Onun Səbail rayonunda bir nəfərin dəyəri 1200 manat olan velosipedini oğurladığı sübuta yetirilib. Kənan Məmmədovun da etdiyi oğurluq kameralar vasitəsi ilə lentə alınıb. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Faktla bağlı hər iki şəxs barəsində 9-cu Polis Bölməsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Ümüdbəy Babayev və Kənan Məmmədovun paytaxt ərazisində digər analoji cinayətər etdikləri istisna olunmur. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ledi Qaqanın ilk övladının adı və cinsi bəlli oldu
-
Formula 1 vaxtı bir çox əsas yollar müəyyən saatlarda açıq olacaq
-
Aras Bulut İynemli və daha 15 məşhur saxlanıldı - (Foto)
-
Süni intellekt öz gələcəyini özü hazırlayır: Təhlükəli mərhələ başlayır
-
“Alya”nın ağlama səhnəsi müzakirə yaratdı – (Video)
-
Zaqatalada 52 yaşlı kişinin meyiti tapıldı
XƏBƏR LENTİ
-
Ledi Qaqanın ilk övladının adı və cinsi bəlli oldu
-
Rusiyada seçkilər başladı
-
Azərbaycan nefti yenidən ucuzlaşdı
-
Formula 1 vaxtı bir çox əsas yollar müəyyən saatlarda açıq olacaq
-
Aras Bulut İynemli və daha 15 məşhur saxlanıldı - (Foto)
-
Azərbaycan XİN Çilini təbrik etdi
-
Neftçi 1000-ci oyununa çıxır
-
Süni intellekt öz gələcəyini özü hazırlayır: Təhlükəli mərhələ başlayır
-
“Alya”nın ağlama səhnəsi müzakirə yaratdı – (Video)
-
Zaqatalada 52 yaşlı kişinin meyiti tapıldı
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Xətai və Sabunçuda qaz kəsiləcək
-
Bakının bir sıra ərazilərində işıq olmayacaq
-
"Aşk-ı Memnu"nun məşhur aktrisası vəfat etdi - (Foto)
-
Avropa Liqası: “Beşiktaş” Fransa nəhəngini darmadağın etdi
-
Nə yaşıl, nə də qara: Ən sağlam çay məlum oldu
-
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
-
Nağıl kimi həyat başlayır: Sərvətinə sərvət qatacaq 3 bürc
-
Qara sarımsağın gizli faydaları
-
93 yaşı olsa da, nə əasası, nə də baxıcısı var: Səhərlər sadəcə bunu edir
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı





