Ölkə

Əri Lider TV-nin keçmiş əməkdaşı Nahidə Həsənovanı balta ilə doğradı - TƏFƏRRÜAT - FOTO

9 Yanvar 2022 12:12
2 Şərh     Baxış: 10 554
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda ər arvadını amansızlıqla qətlə yetirib.

Hadisə Xətai rayonu Köhnə Günəşli qəsəbəsində baş verib.

Nahidə Həsənova tərəfindən balta ilə doğranaraq öldürülüb.

Milli.Az APA-ya istinadən bildirir ki, N.Həsənovanın əvvəllər Lider televiziyasında texniki şöbədə işlədiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

***

Qeyd edək ki, Xətai Rayon Prokurorluğunun yaydığı məlumatda bildirilirdi ki, yanvarın 4-ü saat 15 radələrində 1991-ci il təvəllüdlü Nahidə Həsənovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Orxan Alıyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı N. Həsənovaya balta və bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Orxan Alıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.