Ölkə

Kəndləri rayon mərkəzi ilə birləşdirən yol niyə bərbad vəziyyətdədir? - VİDEO

4 Yanvar 2022 14:37
0 Şərh     Baxış: 840
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göyçayın kəndlərini rayon mərkəzi ilə birləşdirən Qaraməryəm-Müsüslü yolundan istifadə edən sürücülər təngə gəliblər. Məsələ ondadır ki, adıçəkilən yol yararsız vəziyyətdədir. Sürücülərin iddiasına görə yol heç zaman təmir edilməyib. Sürücülər deyirlər ki, bu yoldan istifadə edəndə avtomobillərinin detalları sıradan çıxır. Avtomobil Yolları Dövlət Agentliyi problemin nə zaman və necə həll ediləcəyini açıqlayıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Göyçayın ucqar kəndlərini rayon mərkəzi ilə birləşdirən bu əhəmiyyətli yol yararsız vəziyyətdə olduğundan sakinlərin işini çətinləşdirir.

Qaraməryəm-Müsüslü avtomobil yolu  ötən əsrin 80-ci illərində istifadəyə verilib. Çala-çuxurlu, nahamar olan yol sürücüləri təngə gətirib. 

Sürücülər iddia edirlər ki, sözügedən yolda uzun illərdir ki, təmir aparılmayıb.Ümümi uzunluğu 22-i km olan Qarəməryəm-Müsüslü yolunun üzərində 10 yaxın kənd var. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirdilər ki, məsələdən xəbərdardırlar. 

Görünən odur ki, sakinlər təmir işləri başlayana qədər bu yoldan istifadə etmək məcburiyyətindədirlər. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.