Ölkə

Reklam bazarında araşdırmalara başlanılıb

29 Dekabr 2021 17:48
0 Şərh     Baxış: 447
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti reklam bazarında araşdırmaya başlayıb.

Qurumdan Milli.Az-a verilən məlumata görə, reklam fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Dövlət Xidməti tərəfindən mütəmadi olaraq reklam bazarında monitorinqlər aparılır.

Monitorinqlər zamanı kütləvi informasiya vasitələrində "Business İnsight" şirkəti tərəfindən bayram səbəti üçün ən ucuz supermarketlər şəbəkəsinin müəyyən olunması məqsədilə araşdırmanın aparıldığı və nəticədə Yeni il ərəfəsində paytaxt sakinlərinin ərzaq məhsullarına artan tələbatına ən yaxşı cavab verən marketin "Araz Supermarketlər" şəbəkəsi olması barədə "Araz Supermarketlər" şəbəkəsi Yeni il ərəfəsində ən ucuz market seçildi" başlığı altında reklam xarakterli məlumatın yayımlandığı müəyyən edilib.

Bununla əlaqədar qeyd olunan məlumatın antiinhisar və reklam qanunvericiliyinin tələblərinə uyğunluğunu müəyyən etmək üçün Dövlət Xidməti tərəfindən araşdırmaya başlanılıb.

Dövlət Xidməti reklam bazarında qanunazidd hərəkətlərin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.