Ölkə

Ucarda mənşəyi bilinməyən 134 kiloqram ət aşkarlanıb

23 Dekabr 2021 20:48
0 Şərh     Baxış: 885
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ucarda 134 kiloqram mənşəyi bilinməyən ət aşkarlanıb.

Bu barədə Milli.Az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Daxil olan məlumat əsasında Ucar rayonunda Agentliyin müfəttişləri Daxili İşlər Nazirliyinin Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə Rzayev Elzamin Niyazi oğluna məxsus 20 EF 816 dövlət nömrə nişanlı "Qazel" markalı avtomobilin yük yerinə baxış keçirib.

Baxış zamanı avtomobilin yük yerində açıq halda 4 hissəyə bölünmüş, mənşəyi məlum olmayan, ümümi çəkisi 134 kq möhürsüz ət aşkarlanıb.

Orqanoleptik baxış zamanı istehlaka yararsız olmasına əsaslı şübhələr yaranmış ətdən nümunələr götürülərək müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Ümumi çəkisi 129 kq ət isə möhürlənərək saxlanca qoyulub. Araşdırmalar davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.