Ölkə

Xətai sakinləri rahat yata bilərlər: Cinayətkar qardaşlar ələ keçdilər - VİDEO

17 Dekabr 2021 01:02
0 Şərh     Baxış: 2 555
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində rayon ərazisində 4 mənzildən qızıl-zinət əşyaları və pul oğurlayan şəxslər saxlanılıblar.

DİN-in mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, əməliyyat nəticəsində Göygöl rayon sakinləri Şahin Dursunov və qardaşı Sərvin saxlanılaraq istintaqa təqdim ediliblər.

Onlar zərərçəkənlərə ümumilikdə 10 min manata yaxın maddi ziyan vurublar. Hər iki şəxsin oğurluğa getməsi müşahidə kameraları vasitəsi ilə də anbaan görüntülənib. Saxlanılan şəxslər ifadələrində oğurluq etdiklərini etiraf ediblər. Qeyd edək ki, Şahin Dursunov saxlanılan zaman ondan əlavə olaraq narkotik maddə olan heroin də aşkar edilib.

Faktlarla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Onların paytaxt ərazisində analoji cinayətlər etdikləri istisna olunmur. Şahin və Sərvin Dursunovların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Xətai Rayon Polis İdarəsinə, ərazi üzrə polis orqanlarına, həmçinin "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi hesablarına məlumat verə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.