Ölkə

Azərbaycanda sabiq polis rəisi qəfil vəfat etdi - FOTO

10 Dekabr 2021 09:10
0 Şərh     Baxış: 3 715
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda sabiq polis rəisi qəfil vəfat edib.

Milli.Az "manset.az"a istinadən xəbər verir ki, ehtiyatda olan polis polkovnik-leytenantı Koroğlu Qasımov 52 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, K.Qasımov Gəncə Şəhər Nizami Rayon Polis Şöbəsində cinayət axtarışı şöbəsinin rəisi vəzifəsində çalışıb. O, 1991-1993-cü illərdə Qarabağ müharibəsinin iştirakçısı olub.

K.Qasımov 2004-cü ildə Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə "Əla xidmətlərinə görə" döş nişanı ilə təltif edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.