"Breyn Rinq"də gözlənilməz nəticə - "Norm" komandası favoritlər liqasında
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qısa fasilədən sonra bazar günü İctimai Televiziyanın efirində Azərbaycanın ən böyük və maraqlı intellektual bilik oyunu - "Breyn Rinq"in növbəti verilişi baş tutub.
Sayca iyirminci mövsümdür davam edən oyunların on ildir ki dəstəkçiləri - Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyidir. Oyunlara dəstək verən isə "Nar" mobil operatorudur. Yüksək peşəkarlıq və tərtibatla təşkil olunan oyunlara tamaşaçı marağı hədsizdir. "Bilik" kuboku uğrunda bu yarışın qalibi həm də maraqlı hədiyyələr qazanır. "Kapital bank" isə qalibə 3 min manat hədiyyə edir.
Qeyd edək ki, bu dəfə müstəqil hakimlə heç iştirak etməyən iki komandanı püşkatma ilə seçib. İlk olaraq Lənkəran və UNEC komandaları yarışıb. Gərgin və maraqlı keçən yarışmanın qalibi UNEC olur. Onlar isə rəqib kimi "Norm" komandasını seçiblər. Sualların tərtibatı və onlara verilən cavablar dolğunluğu və marağı ilə seçilib. Qalib "Norm" komandası olur. Və onlar da rəqib kimi "Gəncə" komandasını seçirlər. Maraqlı olan həm də bu yarışmada "Gəncə" komandasının kapitanının yaşı oldu. Belə ki, kapitan Natiqin 53 yaşı olması aparıcını belə təəccübləndirib. Maraqlı və ciddi rəqabət şəklində keçən oyunun qalibi "Norm" olub. Və bununla da favoritlər liqasında özünə yer müəyyən edib.
Sonda vacib bir məsələni də qeyd etmək istərdik. Hörmətli "Breyn Rinq" izləyiciləri, əgər siz də yarış həyəcanını hiss etmək istəyirsinizsə, onda hər həftənin birinci günü yazımızın sonunda qoyulacaq suala düzgün cavab verin və "Nar"ın xüsusi hədiyyəsini qazanın. Qalib "Nar" mobil operatoru tərəfindən mükafatlandırılacaq. Cavablarınızı bu elektron ünvana göndərə bilərsiniz:
Ötəndəfəki, suala cavab verən izləyicimizin adını elan edirik - Elnur Lənkəranski. Düzgün cavab isə belədir: Ordubad
Növbəti sualımız isə belədir:
Rəsul Rza - "çimərlik", Səməd Vurğun - "sayrışmaq", Cəfər Cabbarlı - "arayış". Bunları nə birləşdirir?
Azər Nuriyev
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Bilik" kuboku öz sahibini tapdı - "Kapital Bank" "Breyn Rinq"in qalibi oldu
-
“Breyn Rinq”in növbəti oyunu bazar günü İTV-nin efirində yayımlanacaq
-
"Breyn Rinq" yarışmasında maraqlı anlar - "Kapital Bank" "Gəncə" komandasına şans vermədi
-
“Breyn Rinq”in növbəti oyunu bazar günü İTV-nin efirində yayımlanacaq
-
"Nar" komandası "Breyn Rinq"in növbəti oyununun qalibi oldu
-
"Breyn Rinq" yarışmasında gərgin anlar - ADU-nun komandası hər kəsi şoka saldı
XƏBƏR LENTİ
-
Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı - (Video)
-
Şahməddin Abdullayevə vəzifə verildi
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
-
Göygölə dolu düşüb
-
Bilgəhdə iki nəfər dənizdə batıb
-
Yeni "iPhone" satışa çıxdı: "Apple" əməkdaşları etirazlara başladılar
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Rusiya hələ də Türkiyədən cavab gözləyir
-
Coli boşandıqdan sonra ilk dəfə yeni eşqə "yelkən açır"
-
Polis əməliyyatlar keçirdi: 73 nəfər tutulub
-
Heydər Əliyev Beynəlxalq Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş rejimdə işləyəcək
-
Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək
-
Terim Osimhen, İkardi və Leao görün nə düşünür
-
Tanınmış rus aktrisa 46 yaşında öldü
-
Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı - (Foto)
-
35 yaşlı qadın avtobusa "ərə getdi" - (Foto)
-
Bakıda binada güclü yanğın söndürüldü - Yenilənib - Foto
-
DGK rəisi Fərid Usubovun yerinə onu təyin etdi
-
Bakıda şirkətə 16 min dollar cərimə yazıldı
-
Türküstanda pişik maşını beton hasara çırpdı - (Video)
-
Qarabağda son döyüş: DİN-nin Daxili Qoşunlarının hərbi qulluqçuları danışır - (Video)
-
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - (Video)
-
Tacikistan oyunu öncəsi suallar: Niyə bu futbolçulara şans verilmədi?
-
Keçmiş baş nazir küçədə broşür payladı





