"Breyn Rinq"də gözlənilməz nəticə - "Norm" komandası favoritlər liqasında

12 Dekabr 2022 12:52

Qısa fasilədən sonra bazar günü İctimai Televiziyanın efirində Azərbaycanın ən böyük və maraqlı intellektual bilik oyunu - "Breyn Rinq"in növbəti verilişi baş tutub.

Sayca iyirminci mövsümdür davam edən oyunların on ildir ki dəstəkçiləri - Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyidir. Oyunlara dəstək verən isə "Nar" mobil operatorudur. Yüksək peşəkarlıq və tərtibatla təşkil olunan oyunlara tamaşaçı marağı hədsizdir. "Bilik" kuboku uğrunda bu yarışın qalibi həm də maraqlı hədiyyələr qazanır. "Kapital bank" isə qalibə 3 min manat hədiyyə edir.

Qeyd edək ki, bu dəfə müstəqil hakimlə heç iştirak etməyən iki komandanı püşkatma ilə seçib. İlk olaraq Lənkəran və UNEC komandaları yarışıb. Gərgin və maraqlı keçən yarışmanın qalibi UNEC olur. Onlar isə rəqib kimi "Norm" komandasını seçiblər. Sualların tərtibatı və onlara verilən cavablar dolğunluğu və marağı ilə seçilib. Qalib "Norm" komandası olur. Və onlar da rəqib kimi "Gəncə" komandasını seçirlər. Maraqlı olan həm də bu yarışmada "Gəncə" komandasının kapitanının yaşı oldu. Belə ki, kapitan Natiqin 53 yaşı olması aparıcını belə təəccübləndirib. Maraqlı və ciddi rəqabət şəklində keçən oyunun qalibi "Norm" olub. Və bununla da favoritlər liqasında özünə yer müəyyən edib.

Sonda vacib bir məsələni də qeyd etmək istərdik. Hörmətli "Breyn Rinq" izləyiciləri, əgər siz də yarış həyəcanını hiss etmək istəyirsinizsə, onda hər həftənin birinci günü yazımızın sonunda qoyulacaq suala düzgün cavab verin və "Nar"ın xüsusi hədiyyəsini qazanın. Qalib "Nar" mobil operatoru tərəfindən mükafatlandırılacaq. Cavablarınızı bu elektron ünvana göndərə bilərsiniz:

[email protected]

Ötəndəfəki, suala cavab verən izləyicimizin adını elan edirik - Elnur Lənkəranski. Düzgün cavab isə belədir: Ordubad

Növbəti sualımız isə belədir:

Rəsul Rza - "çimərlik", Səməd Vurğun - "sayrışmaq", Cəfər Cabbarlı - "arayış". Bunları nə birləşdirir?

Azər Nuriyev
Milli.Az