Kapital Bank ölkə bankları arasında ən yüksək reytinq aldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Moody's Investor Service Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqini təsdiq edib. Bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.
Agentlik bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqi "Ba3" səviyyəsində, kredit ödəmə qabiliyyəti reytinqini (BCA) "b1" səviyyəsində təsdiqləyib. Kapital Bank-ın reytinqi üzrə proqnozu isə "neqativ"dən "pozitiv"ə yüksəlib. Agentliyin hesabatında bildirilir ki, bu dəyişiklik yaxın 12-18 ayda bankın kredit portfelinin keyfiyyətində gözlənilən yüksəlməni əks etdirir.
"Kapital Bank-ın BCA reytinqinin "b1" səviyyəsində, yerli və xarici valyutada uzunmüddətli depozit reytinqinin isə "Ba3" səviyyəsində müəyyən edilməsi bankın sağlam kredit portfeli, o cümlədən gəlirlilik və kapital adekvatlığı səviyyəsinin yüksək olmasının göstəricisidir. 2020-ci ilin sonuna problemli kreditlərin ümumi kredit portfelindəki payı cəmi 3,3% təşkil edib (2019-cu ilin sonuna - 4,6%). 2020-ci ilin sonuna 22.3% TCE/RWA göstəricisi ilə möhkəm kapitallaşma və yüksək gəlirlilik banka potensial zərərlərin qarşısını almağa və əvvəlki illərdə olduğu kimi dividendləri vaxtında ödəməyə imkan yaradır", - deyə hesabatda qeyd olunur.
Həmçinin, Moody's-in rəyində Kapital Bank-ın kredit portfelinin bir neçə ildir ki, digər banklarla müqayisədə daha keyfiyyətli olduğu bildirilir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi - 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
Serxio Peres: "Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm"
-
Hörmüz boğazında karqo gəmisinə hücum: Xəsarət alanlar var
-
Narkokuryerlərə qarşı əməliyyat: 31 kiloqramdan çox narkotik götürüldü - (Video)
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
-
Bu məhsulların gömrük rüsumu artırıldı
-
3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz - (Video)
-
Martin Ryan cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı - (Yenilənib)
-
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirilib - (Foto)
-
Əli Əsədovdan mühüm qərar
-
Rusiyada taksi sürücüsü sərnişinə 3 dəfə atəş açdı
-
David Alaba İtaliya klubuna transfer olundu
-
Si Szinpin ABŞ-a yola düşdü
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
“Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib - (Foto)
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Sərxan Kərəmoğlu: “Azərbaycanda özümdən artıq müğənni bilmirəm, hamısından üstünəm”
-
Əfv sərəncamının icrasına başlanılıb - (Yenilənib)
-
Haalanddan türk mahnısı ilə sürpriz
-
MİDA-nın 13 qeyri-yaşayış obyekti hərraca çıxarılır





