"Improtex Motors" şirkəti hibrid və tam elektrik mühərrikli avtomobillərinin satışını elan etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
BMW şirkəti ekoloji avtomobillər sahəsində inkişaf etməkdə davam edir. Elektrifikasiya avtomobil sənayesinin inkişafının əsas trendlərindən biridir. Elektromobillərə tələbat getdikcə artır, onlar hər il bütün dünyada yeni azarkeşlər əldə edirlər. Avtomobil həvəskarları üçün xoş xəbər "Improtex Motors" şirkətinin BMW Group ilə Azərbaycanda hibrid və tam elektrik avtomobillərinin təqdim edilməsi haqqında müqavilə bağlamasıdır. Bu isə o deməkdir ki, atmosferi karbon qazı ilə çirkləndirməyən və demək olar ki, səssiz hərəkət edən elektromobillər artıq Azərbaycan bazarına daxil olublar. BMW eDrive texnologiyasının davamlı inkişafı, avtomobilin tamamilə elektrik olduğu halda belə sükan arxasında olmaqdan əsl zövq almağa imkan verir.
Artıq bu gün "Improtex Motors" şirkəti çox gözlənilən BMW X5 xDrive45e - tam elektrik rejimində sürmək imkanına malik olan yeni hibrid krossoverini təqdim edir.
Tam ötürücülü BMW X5 xDrive45e 3 litrlik benzin mühərrikli "BMW EfficientDynamics"-dən ibarət olan 6 silindrli 210 kVt (286 at gücündə), həmçinin 83 kVt (113 at gücündə) "BMW eDrive" elektrik mühərriki ilə təchiz olunmuşdur. Ümumilikdə mühərriklər 290 kVt (394 at gücündə) 600 N⋅m maksimal fırlanma anına malikdirlər. Ən son nəsil Steptronic 8 pilləli avtomatik ötürmə sistemi və BMW xDrive intelektual idarəetmə sistemi sayəsində tork bütün dörd təkərlərə ötürülür, həm elektrik enerjisi ilə işləyərkən həm də daxili yanma mühərriklərindən istifadə edərkən.
Yeni BMW X5 xDrive45e-nin 100 km/saat sürətlənmə dinamikası 5,6 saniyədir, maksimal sürət isə 235 km/saatdır. Krossover elektrik rejimində 110-135 km/saat sürətlə hərəkət edə bilir. 30 km/saat sürətə qədər elektrik ötürücüsü ilə hərəkət edərkən piyadaların akustik xəbərdarlıq sistemi ilə təchiz edilmiş BMW X5 xDrive45e onun yaxınlaşması barədə xəbərdarlıq edən xarakterik səs yayır.
BMW X5 xDrive45e akkumulyatorunun ümumi tutumu 24 kVt təşkil edir, batareya 67-87 km səyahət ehtiyatını təmin edir. Akkumulyatorun 3,7 kvt gücündə olan cərəyandan doldurulması 6 saatdan az vaxt tələb edir.
Qarışıq rejimdə yanacaq sərfi 2,1 l/100 km təşkil edir, bu zaman atmosferə 49 q/km karbon qazı atılır.
Yüksək gərginlikli batareya elektrik mühərriki və güc elektronikası ilə yanaşı, BMW i avtomobillərinin yaradılması zamanı istifadə olunan BMW eDrive texnologiyasının əsas elementidir. 8 moduldan ibarət olan, hər birində 12 litium-ion hüceyrə olan yüksək gərginlikli batareyalar Dinqolfinqdə BMW zavodunda istehsal olunur.
BMW i3 təkcə dünyanın ən populyar elektrik avtomobillərindən biri deyil, eyni zamanda BMW-nin Avropadakı bütün elektrikli avtomobillərin istehsalı və satışında lider olmasına imkan verən BMW i-nin əsas modelidir.
Tezliklə BMW həvəskarları ekoloji cəhətdən təmiz və futuristik avtomobili - BMW i3-i görə biləcəklər. Tam elektrik və hibrid mühərrikli avtomobilləri A. Salamzadə 33 ünvanda yerləşən "İmprotex Motors" salonunda (əlaqə: 050-207-17-60 / 050-207-17-80 / 050-207-17-90) və ya Ə. Əlizadə 5 ünvanında yerləşən "İmprotex Motors Exclusive" də (əlaqə: 050-250-17-70) sifariş edə bilərsiniz.
Qeyd edək ki, BMW 4 il (və ya 200.000 km) tam zavod zəmanəti verən Azərbaycanda yeganə avtomobil brendidir. Əlavə olaraq BMW i markalı avtomobillərin batareyaları üçün 8 il (və ya 100 min km.), hibrid avtomobillərinin batareyaları üçün isə 6 il (və ya 100 min km) ayrıca zavod zəmanəti təqdim edilir.
"Improtex Motors" haqqında:
"Improtex" Şirkətlər Qrupunun tərkib hissələrindən biri "Improtex Motors" MMM-dir. Əsas fəaliyyəti premium sinfli avtomobilləri ilə bağlı olan "Improtex Motors" MMM 1998-ci ildə yaradılaraq, peşəkar və keyfiyyətli işi sayəsində ölkənin avtomobil bazarında ən etibarlı və hörmətli tərəfdaş adını qazanmışdır. "Improtex Motors" şirkəti BMW, "Rolls-Royce Motor Cars", "MINI", "BMW i" və "YAMAHA" brendlərinin rəsmi idxalçısıdır və qeyd edilən brendlərin yeni model sırasını Azərbaycan avtomobil bazarında layiqincə təqdim edir. Hazırda, şirkətin yeni avadanlıqlarla təchiz olunan və bütün müasir standartlara tam cavab verən 3 sərgi-satış salonu və servis mərkəzi vardır.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Formula 2 Azərbaycan Qran-Prisində 2 pilot mübarizəni yarımçıq dayandırıb - (Foto)
-
Avtomobillərin katalizatorlarını baha edən nədir? - (Video)
-
F1 pilotu: "Bakıda tez-tez maraqlı yarışlar keçirilir"
-
Tıxacda avtomobillərin üstündən keçə bilən cip - (Video)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
"Volkswagen" 200 mindən çox avtomobili geri çağırır – SƏBƏB
XƏBƏR LENTİ
-
Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib
-
Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun dosyesi
-
“Çirkin” final edir
-
Rusiya Kiyevdə xəstəxanaya zərbə endirib, yaralılar var
-
Hasil Abbasov vəzifəsindən azad edildi
-
Niderland və Slovakiyada benzin və dizelin qiyməti qalxdı
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycanda bu il dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılacaq
-
Yurgen Klopp Almaniya millisinin tarixində ən pis starta imza atıb
-
Prezidentin yüksək vəzifə verdiyi Hacıbaba Babayev kimdir? - dosye
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Aedan Skipionun saçlarına görə rəqibi iki qırmızı vərəqə aldı - (Video)
-
27 Sentyabr – Anım Günü “Azərxalça” ASC-nin emalatxanalarında qeyd olunub - (Foto)
-
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)
-
Bakıda qızının nişanlısını öldürən şəxsə hökm oxundu
-
Ağdaşda 11 kənddə qaz kəsiləcək
-
Kolleclərə boş qalan yerlər üzrə qəbulun nəticələri elan edildi





