Milli.Az 4charx.com-a istinadən bildirir ki, yenilənmə kuzovun üzərində zolaqlardan, yeni təkər dəstindən, salonda xüsusi ayaqaltılardan və avtomobilin eksteryer və interyerində çoxsaylı nişanlardan ibarətdir. Daha maraqlısı isə kapotun altında yerləşir.
5,8 litrlik V8 mühərriki Kenne Bell kompressoru ilə təchiz edilib. Bu isə onun gücünü 850 at gücünədək artırmağa imkan verib. Avtomobilin soyutma sistemi də yenilənib.
Signature Edition Super Snake paketi məhdud sayda buraxılacaq. Tünerlər 50-dən çox maşın hazırlamayacaqlarını bildiriblər. Avtomobillərin qiyməti 44 995 dollardan başalayacaq.
Milli.Az
Videonu izləmək üçün şəkillərə klikləyin.