Avto

Hyundai i40-ın sedan və universalı - FOTO

13 Dekabr 2014 20:15
0 Şərh     Baxış: 3 326
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Hyundai şirkəti i40 ailəsində restaylinq həyata keçirib. Sedan və universal xaricdən Genesis sedanı üslubunda bəzi dəyişikliklərə məruz qalıb - yeni modellər panelləri eninə düzülmüş iri radiator barmaqlığı əldə ediblər. Bundan başqa modellərin asqıları və sükan idarəetmələri yenidən qurulub.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, i40 modeli üçün yük yerinin avtomatik açılması sistemi əlçatandır, indiyədək bu sistem Hyundai Genesis iri sedanında təklif edilirdi. Yük yerini açmaq üçün avtomobilin sahibi cibində açarla maşının arxasında durmalı və üç saniyə gözləməlidir. Sistem açarı tanıyır və qapını avtomatik açır.

Opsiyada uzaqvuran işığın yaxın işığa avtomatik keçməsi, yol nişanlarını tanıma və bütöv yol xəttinin üstünə çıxılmasını göstərən sistemlər təklif edilir. Salonda yeddi düymlük sensor ekranlı yeni naviqasiya sistemi quraşdırılıb.

i40 mühərrik qammasına hələlik yalnız 1,7 litrlik iki dizel aqreqatı daxildir. Onların hasilatı 115 a.g. (280 Nm) və 141 a.g. (340 Nm) bərabərdir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.