Avto

"Qaynar" Nissan Note - FOTO

13 Oktyabr 2014 22:22
0 Şərh     Baxış: 1 269
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Nissan şirkəti Note modelinin "qaynar" modifikasiyası haqqında yeni məlumat yayıb. Məlum idi ki, kompaktvenin sonuncu nəsli üzərində Nismo zavod tüninq emalatxanası işləyir. Artıq yerli bazarda "qaynar" Note satışları başlanıb. Avtomobilin digər bazarlarda da satılıb-satılmayacağı hələlik məlum deyil.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, yaponlar "qaynar" Note modelinin eyni vaxtda iki modifikasiyasını hazırlayıblar - Nismo və Nismo S. Birinci versiya olduqca aqressiv görünüşə malik olsa da əldə etdiyi mühərrik bu təəssürata o qədər də uyğun deyil. Nissa Note Nismo kapotu altında 98 a.g və 142 Nm fırlanma anı hasil edən 1,2 litrlik üç silindrli mühərrik yer alıb.

Bu cəhətdən Nissan Note Nismo S daha maraqlıdır. Avtomobil 140 a.g və 163 Nm fırlanma anı hasil edən mühərriklə təchiz edilib.

Hər iki "qaynar" Note versiyası aerodinamik asma, spoyler və "Nismo" tanınma lövhələri əldə edib. Yaponiyada Nissan Note Nismo üçün 18 100 dollar, Nismo S üçün 20 800 dollar tələb edilir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.