Avto

Avtomobillərdə sensorlu ekranlarla bağlı - Xəbərdarlıq

28 Dekabr 2025 18:51
Baxış: 335
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vaşinqton Universiteti və Toyota Tədqiqat İnstitutu tərəfindən aparılan araşdırma avtomobillərdəki sensorlu ekranların sürücülərin diqqətini ciddi şəkildə yayındırdığını göstərib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,12 düymlük sensor ekranla təchiz edilmiş simulyatorda aparılan testlərdə sürücülərin zolaqdan çıxma halları 42 faiz artıb.

Sensor ekranlardan istifadə zamanı sürət və dəqiqlik göstəriciləri 58 faiz azalıb, zehni yük artdıqda isə bu azalma daha da dərinləşib.

Araşdırma göstərib ki, sürücülər yüksək zehni yük altında ekrana daha az baxır, lakin baxmadan toxunmağa daha çox cəhd edirlər ki, bu da təsadüfi toxunuşların və diqqət yayınmasının artmasına səbəb olur.

Tədqiqatın müəllifləri vurğulayırlar ki, problemin həlli düymələrin böyüdülməsi deyil, çünki əsas vaxt itkisi vizual axtarışdan qaynaqlanır. Mütəxəssislər gələcək avtomobillərdə sürücünün diqqət səviyyəsinə uyğunlaşan daha ağıllı interfeyslərə ehtiyac olduğunu bildirirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.