Gətirmək çətinləşdi, qiyməti qalxdı - 4 gündən sonra bazarda vəziyyət kəskin dəyişəcək - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycana 10 ildən köhnə avtomobillərin idxalının qadağan edilməsi və gələn ildən etibarən BMW F10 modellərinin ölkəyə gətirilməsinin faktiki olaraq çətinləşməsi daxili bazarda təklifin azalmasına, nəticədə isə qiymətlərin təxminən 1000 manatadək artmasına səbəb ola bilər.
Milli.Az xəbər verir ki, hazırda qüvvədə olan qaydalara əsasən, istehsal tarixindən 10 ildən artıq vaxt keçmiş avtomobillərin Azərbaycana idxalına icazə verilmir. Bu mexanizm gələn ildən daha da sərtləşir. Məlumata görə, yalnız 4-cü aydan sonra istehsal olunan F10-lar ölkəyə buraxılacaq. Nəzərə almaq lazımdır ki, F10 gövdəsinin istehsalı ümumilikdə 2017-ci ildə dayandırılıb. Bu isə faktiki olaraq idxal üçün uyğun avtomobillərin sayını minimuma endirir.

İqtisadiyyatın əsas qanunlarından biri olan təklif-tələb balansına görə, bazarda təklif azalarkən tələb eyni səviyyədə qalarsa və ya yüksək olarsa, qiymətlər yüksəlir. BMW F10 Azərbaycanda xüsusilə populyar gövdə hesab olunur. Alıcıların bu modelə olan marağı hələ də yüksəkdir. Lakin idxal kanallarının bağlanması və ya daralması nəticəsində yeni avtomobillərin bazara daxil olması azalacaq. Bu vəziyyətdə mövcud avtomobillər daha dəyərli aktivə çevrilir.
İqtisadi nəzəriyyədə əvəzedici mallar anlayışı mühüm yer tutur. F10-un istehsalı 2017-ci ildə dayandığı kimi, bazarda sevilən və istehsalı 2016-cı ildə başa çatmış digər modellər də mövcuddur. Bu modellər də idxal məhdudiyyətlərinə düşdüyündən, alıcılar mövcud avtomobillərə yönələcək. Nəticədə, təkcə F10 deyil, oxşar seqmentdə olan digər modellərin də qiymətində artım müşahidə oluna bilər.
Mövcud bazar dinamikasına əsasən, təklifin daralması fonunda F10 və analoji modellərin qiymətində təxminən 1000-1500 manat civarında bahalaşma real görünür. Bu, süni şəkildə yaradılan artım deyil. Yəni səbəb müvəqqəti emosional davranış deyil, idxal qaydaları ilə formalaşan obyektiv bazar şərtləridir.

Qeyd edək ki, dövlətin avtomobil idxalına tətbiq etdiyi yaş məhdudiyyətləri əsasən ekoloji standartların yüksəldilməsi və avtomobil parkının yenilənməsi məqsədi daşıyır. Lakin bu cür qərarlar qısa və orta müddətdə ikinci əl avtomobil bazarında qiymət artımı ilə müşayiət olunur. Xüsusilə istehsalı artıq dayandırılmış, lakin istehlakçı zövqündə möhkəm yer tutmuş modellər bu prosesdən daha çox təsirlənir.
Mövcud qaydalar fonunda BMW F10 və istehsalı dayandırılmış digər populyar modellər bazarda nisbi "defisit" statusu qazanır. İqtisadi qanunauyğunluqlara əsasən, bu vəziyyət qiymət artımını qaçılmaz edir və yaxın dövrdə avtomobil bazarında bu tendensiyanın daha aydın hiss olunacağı gözlənilir.
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Çin maşınlarında daha bir təhlükə: Məhdudiyyət qoymağa çağırdılar
-
20 il sürə biləcəyiniz ən ucuz avtomobil
-
"Volkswagen"də 47 mindən çox insan işsiz qalacaq
-
“Volkswagen” 22 min elektromobili geri çağırır
-
Bu sürücülər 150 manat cərimələnəcək - (Video)
-
Niva yeniləndi: Mühərrikin gücü artırıldı - (Fotolar)
XƏBƏR LENTİ
-
Nə qara, nə də yaşıl: Ən sağlam zeytun növü açıqlandı
-
Dünyanın ən güclü adamı niyə gəzə bilmir? - (Foto)
-
Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
-
Ermənistan əhalisinin 30%-i prezidenti tanımır
-
Günün qoroskopu: Xərclərinizdə ölçülü olmağınız məsləhətdir
-
Gürcüstanda azərbaycanlı iki qardaş qətlə yetirilib - təfərrüat - (Video)
-
Vernidub qələbələrin sirrini açıqladı
-
Toral Bayramov Türkiyədə avtoqol vurdu - (Video)
-
Yeraltı dayanacaqdan çıxarkən qadını vurub öldürdü - Yüksək vəzifədə çalışıb - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafında sökülən obyektlərin sahibləri narazılıq edirlər - (Video)
-
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
-
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
-
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
-
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - Yenilənib - (Video)
-
Prezident İlham Əliyev Cahangirbəyli və Soltanlı kəndlərinə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib - (Foto)
-
Dövlət qərarlarının ikinci imzası: ictimai etimad
-
Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Soltanlı və Cahangirbəyli kəndlərinin sakinləri ilə səmimi söhbəti - (Foto)
-
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
-
Əlövsət Polad vəfat etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birgə Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb - (Video)
-
Duranın Azərbaycan bayrağına reaksiyası gündəm oldu - (Video)





