Avto

Bu "Mercedes" fantastik qiymətə satışa çıxarıldı - FOTO

19 İyul 2025 17:11
Baxış: 438
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

34 illik "Mercedes-Benz W126" 850 min dollara satışa çıxarılıb

Milli.Az xəbər verir ki, ABŞ-da 1991-ci il istehsalı olan nadir "Mercedes-Benz 560 SEC 6.0 AMG Wide-Body modeli hərraca çıxarılıb. RM Sotheby's tərəfindən təşkil olunan satışda avtomobilin 850.000 dollara qədər alıcı tapacağı gözlənilir.

Yalnız 50 ədəd istehsal olunan bu eksklüziv model klassik avtomobil kolleksiyaçılarının böyük marağına səbəb olub. "Malakit Raketi" (Marakayto Raketi) ləqəbi ilə tanınan bu Mercedes-Benz, yapon iş adamı üçün sifarişlə hazırlanıb və unikal yaşıl rəngə malikdir.

Avtomobil AMG tərəfindən gücləndirilib - mühərrikin həcmi 5,6 litrdən 6,0 litrə çatdırılıb, nəticədə 375 at gücünə və 288 km/saat maksimal sürətə sahib olub. Avtomobil 100 km/saat sürətə cəmi 6 saniyəyə çatır.

Avtomobil 2024-cü ildə 20.000 dollar dəyərində peşəkar bərpadan keçib və hazırda cəmi 74.000 km yürüşə malikdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.