Avto

Bu avtomobillərə tələbat daha çoxdur

5 İyul 2025 17:34
Baxış: 574
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hazırda avtomobil bazarında artım müşahidə olunmur. Bazarda ümumi qeyri-fəallıq hökm sürür. İkinci əl avtomobil bazarında alıcılar daha çox mühərrik həcmi 1550 sm³-dən 2040 sm³-ə qədər olan avtomobillərə maraq göstərirlər. Bu kateqoriyaya həm benzin, həm də dizel mühərrikli nəqliyyat vasitələri daxildir. Paralel olaraq, hibrid və elektriklə işləyən sedan tipli avtomobillərə də tələbat artmaqdadır.

Bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.

Ekspertin sözlərinə görə, yeni avtomobillər bazarında isə vətəndaşlar əsasən mühərrik həcmi 2040 sm³-dən 2500 sm³-ə qədər olan hibrid avtomobillərə üstünlük verirlər:

"Bu avtomobillərin böyük hissəsi krossover və mini-krossover seqmentinə aiddir. Ümumiyyətlə, Azərbaycanda krossoverlərə olan maraq digər nəqliyyat vasitələri ilə müqayisədə daha yüksəkdir".

Cəfərov əlavə edib ki, ölkəyə gətirilən avtomobillərin əksəriyyəti istehsalçı zəmanəti olmayan nəqliyyat vasitələridir. Bu, həm köhnə, həm də yeni modellərə aiddir:

"İstehsalçı zəmanəti olan və rəsmi nümayəndəliklər tərəfindən gətirilən avtomobillər də bazarda mövcuddur, lakin onların sayı çox azdır. Alıcılar daha çox qiymət baxımından münasib, lakin zəmanətsiz avtomobillərə üstünlük verirlər. Nəticədə, bazarda qeyri-sağlam rəqabət formalaşır. Bu vəziyyət rəsmi diler və distribütorların satış və xidmət sahəsində çətinliklərlə üzləşməsinə gətirib çıxarır.

Ötən il ölkəyə 90 minə yaxın avtomobil idxal olunub və onların təxminən 30 min ədədi hibrid və elektromobillərdən ibarət olub. Yəni ölkəyə gətirilən avtomobillərin əhəmiyyətli hissəsi ekologiyaya zərər vurmayan nəqliyyat vasitəsidir".

Eldəniz Cəfərovun fikrincə, hibrid mühərrikli avtomobillərə maraq olsa da, bu maraq hələlik satış rəqəmlərində öz əksini tam tapmır:

"Azərbaycana bu tip avtomobillər kifayət qədər gətirilsə də, onların satışları yüksək səviyyədə deyil".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.