Avto

“Volkswagen” və “Audi” avtomobillərini geri çağırır

13 Mart 2025 12:29
Baxış: 470
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Volkswagen" və "Audi" şirkətləri 13,8 min ID.4 və Q4 e-tron elektrik avtomobilini şarj cihazındakı problem səbəbi ilə geri çağırmağa qərar verib.

Milli.Az xəbər verir ki, məlumatlara görə, problemli şarj cihazı nəmin kondensasiyasına səbəb olur və nəticədə güc itkisi və avtomobilin tamamilə dayandırılması ilə nəticələnə bilər.

2024-cü ilin sentyabr ayında başlayan araşdırmalar  Almaniya və ABŞ-da istehsal olunan 127 ID.4 və 117 Q4 e-tron modelində nasazlıq aşkar edib.

Problemli avtomobillərin sahibləri 29 aprel 2025-ci il tarixinə qədər müvafiq bildirişləri alacaq. Lakin hazırda diler anbarlarında ehtiyat hissələri mövcud deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.