Ermənistan

Mirzoyanla jurnalistlər arasında "DAVA": "Ayıb olsun ki, bizi biabır etdin"

13 Mart 2025 15:15
Baxış: 980
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan hökumətinin bugünkü iclasından sonra xarici işlər naziri Ararat Mirzoyanla erməni jurnalistlər arasında mübahisə olub. 

Milli.Az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Jurnalistlər dəhlizdə keçən nazirdən brifinq keçirib-keçirməyəcəyini soruşublar. Nazirin mənfi cavabından sonra jurnalistlərdən biri deyib: "Niyə? Yalnız türk jurnalistlərə müsahibə verirsiniz?"

Bundan sonra Mirzoyan jurnalisti təhqir etməyə başlayıb. "Mən sizin dediklərinizi son dərəcə qeyri-etik, yöndəmsiz və qeyri-peşəkarlıq hesab edirəm. Bu, jurnalist fəaliyyəti deyil, siyasi aksiyadır. Ayıb olsun sizə".

Jurnalistlər isə yenidən erməni nazirə cavab veriblər: "Ayıb sizə olsun ki, nazir kimi gəlib bizi biabır etdin, əli cibində danışırsan". 

"Əgər sizlərdən kimsə yalnız türk həmkarlarınıza cavab verdiyimi söyləyirsə, mənim də sizə "ayıb olsun" deməyə tam haqqım var", - deyə Mirzoyan cavabında bildirib. /"Unikal"

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.