Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: mühüm AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycanın avtomobil bazarında idxal və vergi tənzimləmələri ilə bağlı narahatlıqlar var".
Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiri Şəmsi Rzalı danışıb. O, xüsusilə avtomobil idxalından sonra tətbiq edilən vergilərlə bağlı məsələlərin diqqətlə araşdırılmasının zəruri olduğunu vurğulayıb.
"Müzakirələrin əsas mövzularından biri idxaldan sonra müəyyən oyunçuların ağır vergilərlə üzləşməsi məsələsidir. Burada əsas sual belədir: həmin vergilər ümumi bazar iştirakçıları üçün tətbiq olunur" - deyə Ş.Rzalı qeyd edib.
O, bazarda rəqabət mühitinin qorunmasının və istehlakçı hüquqlarının təmin olunmasının əhəmiyyətini vurğulayıb:
"Əsas prinsip idxalçının seçim azadlığının təmin olunmasıdır. Bazarın tələbləri şəraitində istehlakçının əsas məqsədi daha ucuz qiymətə öz tələbatını qarşılayacaq bir avtomobil əldə etməkdir. Əgər istehlakçı bunu sərbəst şəkildə tapa bilirsə, bu da seçim azadlığı prinsipinə uyğundur".
Ş.Rzalı həmçinin avtomobil idxalı və tənzimləmə siyasətinə kompleks yanaşmanın vacibliyini qeyd edib:
"Avtomobil bazarının inkişafı, rəqabət mühitinin qorunması üçün bu problemlərin həlli vacibdir. Bu sahədə müəyyən dəyişikliklər aparmaq çətin olsa da, şəffaflıq və balanslaşdırılmış tənzimləmə əsas hədəf olmalıdır".
Azərbaycanda avtomobillər niyə qonşu ölkələrdən daha bahadır?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, burda söhbət alıcının azad seçimindən gedir:
"Yəni alıcı ucuz qiymətə öz ehtiyaclarını ödəyə biləcək bir avtomobil tapa bilmir. Bu gün istehlakçının arzuladığı avtomobil kifayət qədər bahadır. Onun ala biləcəyi avtomobillərinsə istismar müddəti çoxdur. Bu gün hər kəsi bir sual düşündürür: Nəyə görə Azərbaycanda avtomobillər daha bahadır? Müqayisə üçün deyək ki, istənilən avtomobil Türkiyədə, Gürcüstanda, Rusiyada və digər qonşu dövlətlərdə Azərbaycanla müqayisədə çox ucuzdur.
Bahalaşmanının 30-40 faizi gömrük xərcləri ilə bağlıdır. Heç kimə sirr deyil ki, 30 minə xaricdən alınan ikinci əl avtomobillər üçün gömrükdə 20-25 min manat ödəniş edilir. Beləcə qonşu dövlətlərdə 30 min manata olan avtomobillər ölkəmizdə 50-55 min manatadır. Təbii ki, yeni hibrid və elektromobillər ƏDV-dən azaddır".
Müsahibimiz onu da qeyd edib ki, avtomobillərə tətbiq edilən gömrük rüsumlarının nəzəri vəzifələri var:
"Yəni gömrük rüsumları daxili bazarı tənzimləmək üçündür. Azərbaycanda ildə heç min avtomobil istehsal olunmur. Elə isə daxili istehsal olmayan malın ölkəyə gətirilməsi niyə bu qədər baha və çətindir?! Hələ onu demirəm ki, nisbətən yeni olan avtomobillərin qiymətinin əlçatan olmaması 30-40 ilin avtomobillərinə ehtiyac yaradır.
Bu gün bölgələrdə istifadə edilən minik və yük avtomobillərinin bəzilərinin 50 yaşı var. Bu avtomobillərin ekologiyaya vurduğu ziyanı niyə nəzərə almırıq?! Dövlət Agentliyinin əməkdaşının dedikləri bu mənada doğrudur. Bu gün Azərbaycanın avtomobil bazarında idxal və vergi tənzimləmələrinə yenidən baxılmalıdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Fernando Alonso karyerası barədə qərar verdi
-
Azərbaycanda ən çox alınan avtomobillər - Siyahı
-
Formula 2 Azərbaycan Qran-Prisində 2 pilot mübarizəni yarımçıq dayandırıb - (Foto)
-
Avtomobillərin katalizatorlarını baha edən nədir? - (Video)
-
F1 pilotu: "Bakıda tez-tez maraqlı yarışlar keçirilir"
-
Tıxacda avtomobillərin üstündən keçə bilən cip - (Video)
XƏBƏR LENTİ
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)
-
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - Yenilənib - (Video)





