Avto

Avtomobildəki cızıqlardan qurtulmaq üçün üç sadə ÜSUL - Pulunuz cibinizdə qalacaq

11 Mart 2025 12:33
Baxış: 644
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avtomobilinizdəki xırda cızıqlar göz oxşayan görünüşü poza bilər, lakin bahalı təmirə ehtiyac olmadan da onlardan qurtulmaq mümkündür.

Milli.Az həmin cızıqlardan qurtulmaq üçün qəpik-quruşa başa gələn üç sadə üsulu sizə təqdim edir:

Diş Məcunu Metodu
Kiçik və səthi cızıqlar üçün diş məcunu təsirli üsuldur. Bir miqdar diş məcununu yumşaq mikrofiber bezə çəkin və cızıq olan hissəyə dairəvi hərəkətlərlə sürtün. Sonra nəm bezlə silin və qurulayın.

Soda və Su Qarışığı
Soda və bir az suyu qarışdıraraq pastaya çevirin. Mikrofiber bezlə cızıq üzərinə yüngül şəkildə sürtün. Soda aşındırıcı təsir göstərərək cızığın görünməsini azaldır.

Dırnaq Boyası və ya Cila
Avtomobilinizin rənginə uyğun dırnaq boyası və ya cila cızıqları örtmək üçün mükəmməl alternativdir. Cızığın üzərinə nazik bir qat çəkin, qurumasını gözləyin və parça ilə cilalayın.

Bu üsullar yalnız səthi cızıqlar üçün uyğundur. Dərin cızıqlar üçün isə peşəkar müdaxilə lazım ola bilər. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.