Bir həftədir ölkədə qarlı hava şəraiti hökm sürür. Bu vəziyyətdən ən çox zərərçəkənlər avtomobil sahibləridir.
Qarlı havada avtomobil sürərkən nələrə diqqət etməliyik?
Milli.Az xəbər verir ki, qarlı havada avtomobil sürərkən ilk növbədə sürüşkən yollara uyğun davranmaq vacibdir.
Ümumiyyətlə, güclü qar zamanı mümkünsə zərurət olmadıqca yola çıxmamaq tövsiyə olunur. Əgər məcbur qalmısınızsa, sürəti azaldaraq təkərlərin yolla təmasını maksimum səviyyədə qorumaq lazımdır.
Ani tormoz və ya kəskin sükan hərəkətlərindən çəkinmək önəmlidir, çünki bu, nəqliyyat vasitəsinin idarəetməsini çətinləşdirə bilər.
Təkərlərin vəziyyətini yoxlamaq və mümkün qədər qış təkərlərindən istifadə etmək təhlükəsizliyi artırır. Yola çıxmazdan əvvəl avtomobilin faralarının, əyləc sisteminin və akkumulyatorunun düzgün işlədiyini yoxlamaq lazımdır. Yol şəraitinə uyğun olaraq digər nəqliyyat vasitələri ilə aradakı məsafəni artırmaq da qəzalardan qorunmağa kömək edir.
Əgər avtomobil sürüşməyə başlayarsa, tormozu birdən basmaq əvəzinə, sükanı yüngül şəkildə sürüşmə istiqamətinə doğru yönəldərək nəzarəti bərpa etməyə çalışmaq daha effektivdir.
İslam
Milli.Az