Avto

Qızıl avtomobil satışa çıxarıldı - FOTOlar

19 Fevral 2025 17:58
Baxış: 2 982
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Joe Macari Performance Cars" diler mərkəzi indiyə qədər istehsal olunmuş 150 "Aston Martin Valkyrie" yol kupesindən birini satışa çıxarıb.

Milli.Az auto.ru-ya istinadən xəbər verir ki, bu xüsusi nümunə "Anemos" adını daşıyır və 24 karat qızıldan istifadə edilən kuzov və interyerinə görə unikal sayıla bilər.

Qeyd olunur ki, fərdi yanaşma onun əvvəlki sahibinə 630 000 dollardan baha başa gəlib. Satıcı superhibridin qiymətini açıqlamayıb.

Bu nümunə 2024-cü ildə yığılıb və o vaxtdan bəri təxminən 80 kilometr yol qət edib. Hiperkarın bu qədər tez satışa çıxarılmasının səbəbi məlum deyil.

"Aston Martin Valkyrie" 1 155 at gücünə malik elektrik mühərriki ilə birləşdirilmiş 6.5 litrlik atmosfer V12 mühərriki ilə təchiz edilib. Avtomobil 100 km/saat sürəti 2.6 saniyəyə yığa bilir. Böyük Britaniya şirkəti yeni avtomobillər üçün ən azı 3 milyon dollar istəyir.(oxu.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.