Son günlər qiyməti düşən maşınlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avtomobil bazarında vəziyyət heç də ürəkaçan deyil.
Milli.Az xəbər verir ki, tıxacların çoxalması, parkinqlə bağlı qüvvəyə minən qərarlar, cərimələrin artırılması, qiymət artımı və başqa bu kimi amillər satışa çıxarılan avtomobillərin sayına təsir edir. Tələbat azaldıqca, qiymət də azalır. Belə ki, hazırda maşın alandan çox, satan var.
Ümumiyyətlə, son zamanlar bütün maşınların qiyməti düşüb. Mühərrik həcmi 2-dən yuxarı olan maşınların qiymətində geriləmə müşahidə edilir. Lakin, bəzi modellər var ki, onlar ölkədə çox sayda olduğu üçün endirim daha çox gözə çarpır.
2010-2014-cü illərdə istehsal olunan BMW F10 modelinin qiyməti kəskin düşüb. Əvvəllər ən pis vəziyyətdə olan F10-u 22 minə tapmaq olurdusa, hazırda bu rəqəm 16 minə qədər düşüb.
Mitsubishinin Pajero modeli də kəskin qiymət azalması ilə üzləşən avtomobillərdəndir. Bu maşının 2007-2008-ci ildə istehsal olunan modellərini 15-16 mindən tapmaq mümkündür.
Hyundai Elantra və Kia Cerato da qiyməti düşən modellərdəndir. Amerikadan auksiondan ucuz qiymətə gətirilən maşınların sayı o qədər artıb ki, ötən il 27 min manatdan təklif olunan Elantraları, artıq 16 min manata da tapmaq olur. Bu maşınların həm ekonomluq, həm də müasir texnologiya baxımından Çin avtomobillərindən geridə qalması da onun bazarına mənfi təsir edir.
Son aylarda ən çox alınan maşınlar sırasında Toyota corolla, Changan Uni-V, BYD destroyer, BMW-nin ili 2015-dən yuxarı olan F seriyası, Hyundai və Kianın ili 2018-dən yuxarı olan modelləridir.
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ferrari ilk elektrikli avtomobilində bunlara üstünlük verib - (Foto)
-
Çin maşınlarında daha bir təhlükə: Məhdudiyyət qoymağa çağırdılar
-
20 il sürə biləcəyiniz ən ucuz avtomobil
-
"Volkswagen"də 47 mindən çox insan işsiz qalacaq
-
“Volkswagen” 22 min elektromobili geri çağırır
-
Bu sürücülər 150 manat cərimələnəcək - (Video)
XƏBƏR LENTİ
-
Gündə 5 litr kola içir, 19 saat işləyir - (Video)
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)





