Avto

Bu avtomobillərin qiyməti 2-3 min artdı

13 Avqust 2024 10:59
Baxış: 9 868
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Benzin qiymətlərindəki dəyişiklik bəzi avtomobillərin qiymətini ucuzlaşdırsa da, bəzilərinin qiymətinin artmasına səbəb olub.

Milli.Az bildirir ki, bunlar əsasən "Chevrolet"in "Cruze" və "Malibu" modelləridir. Belə ki, əvvəllər 92 oktanlı benzinlə normal işləmədiyinə görə qiyməti hədsiz düşən bu modellər bu gün 2-3 min baha qiymətə təqdim olunur.

92 oktan benzinlə işləyən avtomobillərin qiymətində isə ucuzlaşma var.

Qeyd edək ki, ümumilikdə "Chevrolet" dünya bazarında etibarsız avtomobil kimi tanınır.

Məlumat üçün bildirək ki, Aİ-95 markalı benzin 2 manatdan 1 manat 60 qəpiyə düşüb. Bu da həmin benzinə marağı yenidən artırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.