Avto

"Aston Martin" yeni yarış avtomobilini nümayiş etdirdi - FOTO

24 İyul 2024 06:49
Baxış: 3 799
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Aston Martin" şirkəti WEC və "24 Hours of Le Mans" yarışlarında brendi təmsil edəcək "Valkyrie AMR-LMH" hiperkarını sınaqdan keçirib və ilk dəfə olaraq avtomobilin xarici görünüşünü ictimaiyyətə nümayiş etdirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, istehsal modeli əsasında yaradılan "Aston Martin Valkyrie AMR-LMH" "Heart of Racing" komandasının mühəndisləri ilə birlikdə hazırlanıb.

Hiperkarın kapotu altında 1000 at gücündən çox olan, modifikasiya olunmuş 6,5 ​​litrlik atmosferli "Cosworth V12" mühərriki yerləşdirilib.

Yeni məhsulun yarış debütü 2025-ci ilin əvvəlinə planlaşdırılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.