Avto

Əfsanənin qayıdışı: Məşhur fransız avtomobili yeni üslubda buraxılacaq - FOTOlar

16 May 2024 11:40
Baxış: 1 929
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur "Citroen DS 2" avtomobili yenidən bazara qayıda bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "DS" brendinin baş direktoru Olivye Fransua məşhur modeli canlandırmaq niyyətindən danışıb.

Hazırda "DS"in premium xəttində avanqard üslubu ilə seçilən dörd modeli var. Lakin onların heç biri "Citroen DS"in birbaşa davamçısı deyil.

"Əsl "DS" böyük, bahalı və heyrətamiz olmalıdır. Hər kəs ona aşiq olacaq", - deyə Fransua bildirib.

"DS"in rəhbəri brendin flaqmanının elektrikli olacağına şübhə etmir.

Xatırladaq ki, "Citroen DS" 1955-ci ildən 1975-ci ilə qədər istehsal edilib və ümumilikdə təxminən bir milyon yarım sedan, universal və kabrioletlər istehsal edilib. Öz dövrü üçün bu model çox innovativ olub. "Citroen DS" ən məşhur fransız avtomobilidir: Şarl de Qoll məhz bu avtomobildən sürüb və onun əsasında "Fantomas" filmindəki uçan avtomobil yaradılıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.