Avto

Dizel "Mercedes"lərlə bağlı qərar verildi - "Volkswagen" kompensasiya ödəyəcək

29 Aprel 2024 10:55
Baxış: 2 070
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Ədliyyə Nazirliyi "Mercedes-Benz"lə əlaqədar dizel qalmaqalına dair işə xitam verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Mercedes-Benz" istehsalçısı olan "Daimler" konserni məlumatı təsdiqləyib.

ABŞ Ədliyyə Nazirliyi 2016-cı ildə dizel mühərrikli avtomobillərdə atmosferə atılan zərərli maddələrin miqdarını az göstərən proqram təminatının quraşdırılması iddiası ilə əlaqədar "Daimler" konserni ilə bağlı araşdırmalara başladığını elan edib. Bu, həmin vaxt şirkətin səhmlərinin beş faiz ucuzlaşmasına səbəb olub.

Qeyd edək ki, həmin proqram təminatının quraşdırılması iddiası ilə əlaqədar Almaniyanın digər avtomobil istehsalçısı  - "Volkswagen" milyardlıq kompensasiya ödəməli olub. Ancaq "Daimler" səkkiz il ərzində ABŞ hakimiyyətinə 300 min müxtəlif sənəd təqdim etməklə cəzadan qurtulmağa nail olub.

Şirkətin nümayəndəsi Renat Yunqo Bryunqer ABŞ Ədliyyə Nazirliyinin hələ mart ayında araşdırmaları dayandırdığı barədə şirkətə məlumat verdiyini bildirib. Lakin ictimaiyyət üçün məlumatın niyə məhz indi açıqlandığına aydınlıq gətirilməyib. ABŞ Ədliyyə Nazirliyi qərarı əsaslandırmayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.