İdman

"Nyukasl" "Qarabağ"la oyuna ciddi itkilərlə çıxır - FOTO

24 Fevral 2026 15:50
Baxış: 382
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün baş tutacaq Çempionlar Liqasının cavab oyununda "Nyukasl Yunayted"in bir neçə əsas oyunçusu olmayacaq.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, kapitan Bruno Guimaraes, Luis Miley, Fabian Schar, Tino Livramento və Emil Krafth zədə səbəbindən meydana çıxa bilməyəcəklər. Sven Botman və Yoane Wissa isə son üç oyunu buraxsalar da, bu gün "Qarabağ"la matçda iştirak edəcəklər.

Qeyd edək ki, bu gün "Sent Ceyms Park"da keçiriləcək "Nyukasl Yunayted" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matçda qonaqlar 6:1 hesablı qələbə qazanıb.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.