Avto

Azərbaycanda "Jiquli" istehsal oluna bilər

16 Fevral 2024 13:13
Baxış: 1 865
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"AvtoVAZ" şirkəti Azərbaycanda "Lada" avtomobillərinin istehsalına başlamaq üçün danışıqlar aparır. Şirkətin prezidenti Maksim Sokolov danışıqların müsbət nəticələnəcəyinə ümid edir.

Milli.Az lent.az-a istinadən bildirir ki, "AvtoVAZ"ın Azərbaycandakı nümayəndə heyəti "Lada"nın irimiqyaslı yığılması üçün istehsal gücünü təhlil edir. Sokolov məsələnin 2024-cü ilin yazında irəliləyəcəyini gözləyir.

Şirkət "Tolyatti", "İjevsk" və Sankt-Peterburqda istehsal müəssisələrinin sahibidir. İl ərzində 352,6 min avtomobil istehsal edir.

2023-cü ilin sonunda "AvtoVAZ", Sankt-Peterburqda növbəti altı il ərzində 12 yeni modelin buraxılacağını elan edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.