Dekabrda ordunu çəkməsəydim, Bakı zərbə endirəcəkdi - Nikol
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Zəngəzurdan hərbi birliklərin geri çəkilməsi əmrini şəxsən mən vermişəm.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan bu gün parlamentdəki çıxışında deyib.
Onun sözlərinə görə, bu qərar hərbi əməliyyatların yenilənməsinə imkan verməmək üçün atılıb:
"Biz istəyirdik ki, heç olmasa, müvəqqəti də olsa, strateji mahiyyət daşıyan yolu itirməyək".
Ermənistan blokunun üzvü Anna Qriqoryan 18 dekabr 2020-ci ildə verilən bu əmrdən sonra Azərbaycan ordusunun əraziyə girdiyini bildirib. O, geriçəkilmə əmrinin şifahi, yoxsa yazılı olduğunu da soruşub.
"Zəngəzurla bağlı məsələdə mən haçansa öz məsuliyyətimdən imtina etmişəm? Yazılı və şifahiyə qalanda, əmr mövcud prosedurla verilir. Müzakirə etmişik və qərar verilib. TŞ toplantısı olmayıb, ancaq TŞ-nin bütün üzvləri, Zəngəzurun qubernatoru, "heç nədən xəbərim yoxdur" deyən xarici işlər naziri, o cümlədən nazir müavini o müzakirədə iştirak edirdilər. Və qərar qəbul edildi. Biz yeni müharibədən qaçmaq istəyirdik. Əgər bu qərar verilməsəydi, hərbi əməliyyatlar yeni güclə başlayacaqdı. Onda, doğrudur, Zəngəzurda bizim ciddi problemlərimiz yarandı. Biz onlarla km öndə idik, təəssüf ki, geri çəkilməyə məcbur olduq", - Paşinyan deyib.
Paşinyan həmçinin bildirib ki, Ermənistan 7 rayonun qaytarılması barədə saziş imzalamışdı (yəni Şərqi Zəngəzurdan geri çəkilməli idi - red.) və bu, artıq yeni xəbər deyil.
N.Paşinyan əmri özünün verdiyini, keçmiş müdafiə naziri Vaqarşak Arutyunyanın isə icra etdiyini bildirib:
"Mən şəxsən bu qərardan və Zəngəzurdakı situasiyadan məsuliyyət daşıyıram".
Paşinyan, həmçinin, Azərbaycanın üçtərəfli bəyanatın "ordular hazırda mövcud olduqları yerdə qalacaqlar" bəndini icra etmədiyini də bildirib.
Qeyd edək ki, 10 noyabr 2020-ci il bəyanatının bu bəndi atəşkəslə bağlıdır. Daha sonra Azərbaycanın 3 rayonundan erməni silahlı qüvvələrinin çıxarılması və Azərbaycanın dövlət sərhədinə yerləşməsi də bəyanatın bəndinə tam uyğundur.
Xatırladaq ki, Ermənistan müxalifəti erməni ordusunun dekabrda 25 km-dan çox geri çəkildiyini açıqlamışdı.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən...
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
XƏBƏR LENTİ
-
İlkin Həsənidən bloqer xanımına bahalı hədiyyə - (Video)
-
Palçıq Vulkanları Turizm Kompleksinə mediatur təşkil olunub - (Foto)
-
Yamal yaşadığı ağır günləri danışdı: "Atam dəmir yığırdı"
-
"Quran"ı təhqir edən komediyaçı azadlığa buraxıldı
-
U-17 qızlarımızın ilk sınağı ağır məğlubiyyətlə başa çatdı
-
Əlverişsiz hava şəraiti Bakı-Naxçıvan reyslərinin təxirə salınmasına səbəb olub
-
Azər Aydəmir özünə yeni iş tapdı
-
Azərbaycan İnvestisiya Holdinqinin siyahısında dəyişiklik edilib
-
Pakistanda azərbaycanlı qadına qarşı qrup şəklində cinsi zorakılıq
-
Azərbaycanda hava ilə bağlı daha bir xəbərdarlıq
-
Cenifer Lopezin Milanda "balkon görüntüsü" müzakirə yaratdı - (Video)
-
Ermənistanda benzinin qiyməti rekord həddə çatdı
-
Xamenei Ərəb dənizi ilə bağlı xəbərdarlıq etdi - “Yaxın günlərdə...”
-
Hindistanda daşqınlar 81 nəfərin həyatına son qoydu
-
Pünhan Piriyevin toyundakı rəqsləri gündəm oldu - (Video)
-
Binəqədidə ana və oğul ölü tapıldı - (Yenilənib)
-
Aİ Rüstəm Minnixanova qarşı sanksiya tədbiq etdi
-
Seymur Cəfərov vəfat etdi
-
Ərdoğanın müavini istefa verdi
-
Marketlərdə toyuq filesi niyə yoxdur?
-
23 yaşlı azərbaycanlı gənc Türkiyədə faciəvi şəkildə öldü - (Video)
-
Osimhen 1,2 milyonluq "ferrari"si ilə diqqət çəkdi - (Video)
-
Ağsuda açıq ərazidə yanğın başladı - (Video)
-
Şəbnəm Tovuzlu Tacirlə görüntüsünü yaydı - (Video)





