Ermənistan

İranlı sürücülər Azərbaycana "etiraz" edirlər

16 Sentyabr 2021 14:04
4 Şərh     Baxış: 4 949
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranlı yük maşını sürücüləri Vorotan (Şahverdilər) yaxınlığındakı yolu bağlamaqla hədələyirlər.

Milli.Az xəbər verir ki, sürücülərdən Əmir adlı şəxs Sputnik Armenia-ya bildirib ki, iranlılar üç gündür Vorotan yaxınlığında dayanıblar və azərbaycanlılara ödəməyə pulu olmadığı üçün keçə bilmirlər. Əmir deyir ki, artıq Meğridə Ermənistan gömrüyündə pul ödəyib, niyə bir daha ödəməlidir. Yanacaq daşıyan maşının keçməsi üçün 350 dollar tələb edirlər.

Sürücülər problemi bir neçə saat ərzində həll edilməzsə, yolu bağlayacaqları ilə hədələyirlər. Bu sahədə təxminən 50 İran yük maşını yığılıb. Əmir bu məlumatı Ermənistanın baş naziri Nikol Paşinyanın diqqətinə çatdırmağa çağırıb.

Xatırladaq ki, bu sürücülər arasında Güney Azərbaycandan olan soydaşlarımız az deyil. Bu insanların azərbaycanlı olduqlarına şübhəmiz var. Onlar "azərbaycanlı" adına ləkədirlər.

Kamran Seyidov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.