Ermənistan

"Əvvəlcə Qarabağ itirildi, növbədəki Zəngəzur, Tavus, Basarkeçər, Ağrıdır" - Erməni ictimai xadim

1 Sentyabr 2021 17:21
0 Şərh     Baxış: 1 378
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Nikolun rəhbərlik etdiyi Ermənistan getdikcə kiçilir".

Milli.Az ordu.az-a istinadən xəbər verir ki, bunu erməni ictimai xadim Hayk Usunts yazıb.

O qeyd edib ki, əvvəlcə Qarabağ itirildi, növbədəki Zəngəzur, Tavus, Basarkeçər, Ağrıdır.

"Nikol "sülh dövrü"nü Azərbaycanın bütün istəklərini təmin etməklə təsəvvür edir. Nikolçular "Biz müharibə istəmirik" proqramı çərçivəsində əslində müharibə gətirirlər, lakin bunu sülh kimi təqdim edirlər: əsl cəfəngiyat", - deyə o qeyd edib.

Usuntsun sözlərinə görə, Ermənistanın hazırkı hakimiyyəti sərhədlərin açılacağını və həyatın bal olacağını bildirir.

"Bəs sərhədləri necə açmaq istəyirlər? Demaraksiya və delimitasiya həyata keçirməklə", - deyə o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.