Ermənistan

“24 avqust - parlamentin tarixində ən biabırçı səhifələrindən biri olacaq”

25 Avqust 2021 12:26
0 Şərh     Baxış: 1 176
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan parlamentinin "Şərəf duyuram və "Ermənistan" fraksiyaları qanunverici orqanda deputatlara qarşı zorakılığı qətiyyətlə pisləyib. "News.am" yazır ki, bu barədə iki müxalifət fraksiyasının yaydığı birgə bəyanatında deyilir.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bəyanatda qeyd edilir ki, bu, qanunverici orqanın tarixində rüsvayçı hadisədir. "24 avqust - hakimiyyəti təmsil edən bir qrup insanın qanunsuz göstərişlərə əməl edərək ölkənin qanunverici orqanda demokratik dəyərlərə qarşı cinayət törətdiyi gün parlament tarixinin ən biabırçı səhifələrindən biri olacaq.

Ermənistanda zorakılığın təbliğatı və nifrət atmosferinin bir mənbəyi var - Nikol Paşinyanın başçılıq etdiyi "Vətəndaş sazişi" partiyası. Biz bu gün cinayət törədənlərin siyasi və hüquqi məsuliyyətə cəlb olunması işinin ardınca gedəcəyik", - bəyanatda qeyd edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.