Ermənistan

Fransa etiraf etdi - "ermənilərin tərəfindəyik"

1 İyun 2021 16:04
Baxış: 4 392
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa Milli Məclisinin spikeri Rişar Ferran Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla görüşdə ermənilərə tam dəstək bəyanatını səsləndirib. O bildirib ki, rəsmi Paris Cənubi Qafqazda baş verən proseslərə ciddi önəm və diqqət ayırır.

Milli.Az xəbər verir ki, spiker "Fransa Ermənistanın tərəfindədir, xahiş edirik, bizim bu bəyanatı erməni xalqının diqqətinə çatdırın. Biz Ermənistanın çiçəklənməsi və sabitliyin bərqərar olması üçün əlimizdən gələni edəcəyik. Siz hər zaman bizə güvənmisiniz. Buna indi və gələcəkdə də ümid edə bilərsiniz" deyə spiker bildirib.

Azər Nuriyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.