Ermənistan

Minlərlə cəsəd soyuducuda gizlədilib - Erməni hərbçilərin ailələri etiraz edir - VİDEO - FOTO

31 May 2021 14:20
Baxış: 6 594
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanda itkin düşən hərbçilərin qohumları etiraz aksiyası keçirirlər.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, etirazçılar bir sıra küçələri bağlayıblar.

İkinci Qarabağ Müharibəsində gəbərdilmiş yüzlərlə erməni hərbçinin leşi polietilen paketlərə bükülərək Ermənistanın Abovyan şəhərindəki Vərəm Xəstəxanasının morquna atılıb.

Valideynlər hazırda morq ərazisinə girməyə çalışsalar da, polis "Morqda əsgər cəsədləri yoxdur" deyərək onların qarşısını alıb.

Məlum olub ki, səlahiyyətlilər səs-küydən qaçmaq üçün Qarabağda ölən erməni hərbçilərin cəsədlərini soyuducuda uzun müddət gizlədiblər. Valideynlər onlara verilən rəsmi məlumatları araşdırdıqdan sonra Qarabağda cəsədlərin axtarışı zamanı meyitxanaya daxil olan ölənlərin sayından daha az cəsəd tapıldığını aşkar ediblər.

İtkin düşən hərbçilərin yaxınları bildirib ki, hökumət çox sayda itkin düşən erməni hərbçilərin sayını cəmiyyətə bəyan etməmək üçün cəsədləri soyuducuda gizlədirmiş. Valideynlər bütün vətəndaşları onlara qoşulmağa çağırıb.

Qeyd edək ki, müharibənin ilk günlərindən "qazandıq" seriyalı yalanları pozmamaq üçün minlərlə cəsədin "Spayka" şirkətinin soyuducularında saxlanıldığı barədə məlumatlar var idi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.