Ermənistan

"Paşinyanı pəncərədən atacam" - Ermənistanda ara qarışacaq

10 Aprel 2021 11:29
Baxış: 1 530
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əgər növbədənkənar parlament seçkilərini keçirməsə, mən Nikol Paşinyanı pəncərədən atmaq məsuliyyətini üzərimə götürməyə hazıram".

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan bildirib.

"Mən yazdım ki, öz növbəmi gözləyəcəyəm. Düşünürəm, kifayət qədər gözlədim və gördüm ki, heç kim bu insanı pəncərədən ata bilmir. Beləliklə, indi bunu öz üzərimə götürmək istəməyimlə bağlı qərar verməliyəm. Əgər qərar versəm, o zaman atacağam, şübhə etməyin", - Mikael Minasyan deyib. Xatırladaq ki, Mikael Minasyan Ermənistanın sabiq prezidenti, Xocalı qatili Serj Sarkisyanın kürəkənidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.