Ermənistan

Gənc qadınlardan dəhşətli əməl - Tanış olduqları kişidən 1 milyon aldılar

15 Yanvar 2021 08:25
Baxış: 1 316
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanda iki gənc qadın cinayət törədib.

Milli.Az xəbər verir ki, 21 və 26 yaşlı qadınlar 34 yaşlı İrəvan sakini ilə tanış olub və 3 ay ərzində vaxtaşırı onunla görüşüblər.

Sonra onu böhtan xarakterli məlumatların yayılması ilə hədələyərək hissə-hissə 1 milyon dram (təxminən 2 min dollar) alıblar.

Ermənistan İstintaq Komitəsinin Armavir bölgəsi üzrə İstintaq İdarəsi qəsb faktı ilə bağlı cinayət işinin ibtidai istintaqını başa çatdırıb. İstintaq Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, gənc qadınlara qarşı ittiham irəli sürülüb. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.